Şəkidə siqareti ilə evini yandıran kişi xəstəxanada öldü - YENİLƏNİB

Bu gün Şəkinin Baş Kəldək kəndində baş verən yanğından sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Mais Nəbiyev orada ölüb.
Avtosfer.az xəbər verir ki, yanğın zamanı ağır dərəcəli yanıq xəsarətləri alan 57 yaşlı Mais Nəbiyevi xilas etmək mümkün olmayıb.
Yanğın yaşlı kişinin yatdığı zaman baş verib və onun çarpayısı alışıb. M.Nəbiyevin köməyinə kənd sakinləri çatıblar. Qonşular dərhal müdaxilə edərək M.Nəbiyevi yanan evdən çıxarıb xəstəxanaya çatdırıblar. Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən kənd sakinin içkili olduğu və çarpayının da siqaretdən alışdığı bildirilib.
(oxu.az)
***
Şəki rayonunda 57 yaşlı kişi yataqda yanıb.
Avtosfer.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Baş Kəldək kəndində qeydə alınıb.
Kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev yataqda siqaret çəkib və o, yuxuya gedib. Yanan siqaret yuxuya gedən M.Nəbiyevin əlindən döşəyə düşərək yanğına səbəb olub. Qonşuların köməkliyi ilə yanğın söndürülüb.
M.Nəbiev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğu üçün dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO










