Banner

Səkidə təmir işləri aprılır, nişan qoyulmayıb - VİDEO

Hadisə 27 Oktyabr 2025 17:00 Oxunub 798
Səkidə təmir işləri aprılır, nişan qoyulmayıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz


Yasamal rayonunda səkidə aparılan təmir işləri zamanı yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, Həsən bəy Zərdabi küçəsində səkidə aparılan təmir işləri ilə bağlı redaksiyamıza şikayət daxil olub. Məlumata görə, Onkologiya Mərkəzinin yaxınlığında səkidə aparılan bərpa prosesi zamanı söküntü materialları yolun bir hissəsinə tökülüb. Nəticədə həmin ərazidə həm piyadalar, həm də sürücülər üçün ciddi maneə yaranıb. Vətəndaşların sözlərinə görə, söküntü aparılan sahədə nə xəbərdarlıq nişanı, nə də təhlükəsizlik lentləri qoyulub. Halbuki bu ərazi gündəlik olaraq vətəndaşların sıx hərəkət etdiyi, həmçinin, xəstəxanaya gələn insanların parkinq üçün istifadə etdiyi yerdir.
Axşam saatlarında isə işıqlandırmanın zəif olması səbəbindən söküntü sahəsi ümumiyyətlə görünmür ki, bu da həm piyadalar, həm də nəqliyyat vasitələri üçün təhlükə yaradır.
Vətəndaşlar məsul qurumları belə halların qarşısını almaq üçün daha diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.


Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh