Şəkidə xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanıldı - FOTO - VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Qoxmuq, İnçə və Köndələn kəndlərində sakinlərə məxsus xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluqları törədən Elmin Qasımov, İzzət Sarızadə və Fazil Qasımov saxlanılıb. Onların paytaxtdan Şəkiyə gələrək otlaq sahələrindən ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 21 baş xırdabuynuzlu heyvanı oğurladıqları və icarəyə götürdükləri avtomobillə Bakı şəhəri, eləcə də Zaqatala rayonuna apararaq orada satdıqları məlum olub.
Araşdırmalarla saxlanılan şəxslərin Ağsu, Göyçay, Zaqatala və Balakən rayonlarında da analoji üsulla daha 11 baş heyvan oğurladıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO











