Səkkiz milyon avro ilə yoxa çıxan qadın həbs olundu - FOTO+VİDEO

Almaniyada səkkiz milyon avro məbləğində pulu mənimsəyərək yoxa çıxan və Türkiyəyə qaçdığı ehtimal edilən Yasemin Gündoğan üzə çıxıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Almaniya polisi və “İnterpol” tərəfindən axtarışa verilən qadın Almaniyaya qayıdıb. Yasemin Gündoğan Bremen şəhərində polis tərəfindən saxlanılıb.
O, Almaniyada çalışdığı pul köçürmələri şirkətindən səkkiz milyon avro mənimsəyib və iki il yarım əvvəl qara bir mikroavtobusla yoxa çıxıb. Uzun müddət Gündoğanın izini axtaran alman polisi, hətta bu cür işlərdə 100% uğur qazanması ilə tanınan özəl bir detektiv şirkətinə də göstəriş verib.
Araşdırmalarını Türkiyədə cəmləşdirən qrup hər hansı nəticə əldə etməyib. Qadının oğurluğu həyata keçirən cinayətkar dəstə tərəfindən aradan qaldırıldığı ehtimal edilib. Lakin 2,5 ildən sonra Türkiyədən Bremenə qayıdan Yasemin Gündoğan hava limanında alman polisinə təslim olub.
31 yaşlı Yasemin Gündoğan vəkil vasitəsilə qısa ifadə verib. “Təslim olmaq qərarına gəldim”, - deyə o, ifadəsində bildirib.
Gündoğan hazırda nəzarət altındadır və onun dindirilməsi prosesi davam edir. Bu qədər vaxtdan sonra niyə təslim olduğu və ya səkkiz milyon avronun taleyi barədə hələlik dəqiq məlumat yoxdur.
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO










