Şəmkirdə avtomobil piyadanı vurub öldürdü - YENİLƏNİB

Hadisə 21 Oktyabr 2025 13:06
Şəmkirdə avtomobil piyadanı vurub öldürdü - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəmkirdə mikroavtobusun vuraraq öldürdüyü şəxsin adı məlum olub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, ölən şəxs 1988-ci il təvəllüdlü V.Əlizadədir.

***09:48

Şəmkirdə naməlum piyadanı vuran avtomobilin sürücüsünün kimliyi məlum olub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, rayonunun Təzəkənd kənd sakini, 1982-ci il təvəllüdlü Yavər Hacılı idarə etdiyi "Mercedes Benz Vito" markalı avtomobillə piyadanı vurub. Piyada hadisə yerində ölüb. Hazırda ölən piyadanın kimliyi dəqiqləşdirilir.

Qeyd edək ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun Çaparlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

*** 

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil orta yaşlı kişini vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun kimliyi müəyyənləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 326
ŞƏRH YAZ
Ad

E-mail

Şərh