Şəmkirdə gənc qızla oğlan suda boğuldu - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Mehrili kəndində Şəmkirçay su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub. Nazirlikdən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Şəmkirdə iki nəfər suda boğulub. Məlumata görə, hadisə rayonun Yuxarı Seyfəli kəndində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Ü. İbrahimov və daha bir qadın Şəmkirin Dəriyaçay su kanalında boğulublar. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ü. İbrahimovun meyti sudan çıxarılıb. 2005-ci il təvəllüdlü A. Həsənovanın axtarışı isə davam etdirilir. Məlumata görə onlar su kanalında çimən zaman boğulublar.

Fotoda Ümid İbrahimov
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












