Banner

Şəmkirdə hərəkətdə olan “Mercedes” qəfil alışaraq yandı - VİDEO

Hadisə 6 Oktyabr 2025 16:00 Oxunub 1066
Şəmkirdə hərəkətdə olan “Mercedes” qəfil alışaraq yandı   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəmkirdə avtomobil alışaraq kül olub.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 5-də səhər saatlarında qeydə alınıb. Belə ki, 77-TC-296 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı maşın hərəkətdə olduğu zaman qəfil alovlanmağa başlayıb. İddialara əsasən, nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən yanıb. Yanğın qısa zamanda avtomobilin digər hissələrinə keçib və maşın tamamilə yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə baş verən zaman maşında insan olmayıb.

Qeyd edək ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh