Şəmkirdə məktəbdə yanğın - YENİLƏNİB

Hadisə 18 Aprel 2026 11:36
Şəmkirdə məktəbdə yanğın   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəmkirdə orta məktəbdə baş verən yanğın zamanı məktəbin şagirdləri təxliyə edilib.

Avtosfer.az xəbər verir ki, hadisə 800-dən artıq şagirdin təhsil aldığı Nəriman Nərimanov adına tam orta məktəbdə dərs vaxtı olub.

Şagirdləri dərhal məktəb rəhbərliyi tərəfindən təxliyə edilib. Xoşbəxtlikdən yanğın zamanı məktəbin şagirdlərindən xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğın məktəbin informatika otağında baş verib. Nəticədə məktəbin iki informatika otağına ziyan dəyib. 

***10:13
Şəmkirdə yanğın qeydə alınıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərinin Zaur Sarıyev küçəsində yerləşən Nəriman Nərimanov adına tam orta məktəbdə baş verib.

Belə ki, ümumi sahəsi 950 kv metrə yaxın olan ikimərtəbəli tam orta məktəbdə qəfil yanğın başlayıb.

Dərhal hadisə  yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində orta məktəbin kompüter otağında 30-a yaxın kompüterdən 7-si yanıb.

Ümumilikdə 950 kv metr sahəsi olan məktəbin 55  kv metri sahəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə  edilib.

Xatırladaq ki, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Oxunub : 150
ŞƏRH YAZ
Ad

E-mail

Şərh