Şəmkirdə məktəblilər arasında dava qanla bitdi - YENİLƏNİB

Şəmkirdə yeniyetmələrin arasında baş verən mübahisə zamanı 3 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, xəsarət alanların 2011-cu il təvəllüdlü O.Abuzərli, 2009-cu il təvəllüdlü H.Abuzərli və 2011-ci il təvəllüdlü S.Məmmədli olduğu bildirilir.
TƏBİB-dən bildirilib ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına fevralın 8-də saat 22:10 radələrində 3 nəfər (kişi) şəxslər xəsarət alması səbəbilə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.
Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***09:39
Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon Kür qəsəbəsində qeydə alınıb.
Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H.Abuzərli şəxsi münasibətlər zəminində 2011-ci il təvəllüdlü (15 yaş) S.Məmmədlini bıçaqlayıb.
Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












