Şəmkirdə qazi özünə xəsarət  YETİRDİ
Hadisə 23 Avqust 2022 09:31 Oxunub 482
Şəmkirdə qazi özünə xəsarət  YETİRDİ

Şəmkirdə qazi özünə xəsarət yetirib.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Kənd sakini 26 yaşlı Həsənov İlham Yılmaz qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal onun yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Xatırladaq ki, İlham Həsənov iyul ayının 4-də də Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə qəsd etmək üçün üzərinə benzin tökərək özünə od vurmuşdu.

Qeyd edək ki İlham Həsənov 2016-cı ildə aprel döyüşlərində də iştirak edib. 2020-ci ilin sentiyabr ayında başlayan Vətən müharibəsinə yollanıb. Qazi İlham Həsənov Füzuli, Daşaltı, Şuşa şəhərlərinin işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərə qatılıb. Torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə onun yaxinlığında düşmənin atdığı tank mərmisinin partlaması nəticəsində ağır xəsarət alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh