Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Şəmkirdə baş vermiş qətlin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Şəmkir rayon Zəyəm qəsəbəsində 1959-cu il təvəllüdlü Azad Mahmudov yaşadığı evdə mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun həmyerlisi, 1973-cü il təvəllüdlü Sadıx İsmayılovdur. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Qəsəbə sakinlərinin bildirdiyinə görə, hər iki tərəf sakit təbiətli olub və kənd təsərrüfatı ilə məşğul imiş. Cinayətdən 2 gün öncə tərəflər arasında salam verməməyə görə mübahisə düşüb. Daha sonra S.İsmayılovun qardaşı və daha bir neçə nəfər onları barışdırmaq üçün mərhumun evinə gediblər. Lakin həmin evdə yenidən tərəflər arasında mübahisə düşüb və A.Mahmudov bıçaqlanaraq qətlə yetirilib. Hadisə zamanı mərhumun oğlu da evdə olub.
Həyat yoldaşı isə Rusiyada yaşayan qızının ailəsinin yanında olub.
Qeyd edək ki, A.Mahmudov uzun illər öncə stomatoloq çalışıb. Daha sonra Rusiyaya çalışmağa gedib, bir müddət orada yaşayıb. 10 il əvvəl ölkəyə qayıdıb və qəsəbədə kənd təsərrüfatı ilə məşğul olub.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib.
İlkin məlumata görə, hadisəni 53 yaşlı qəsəbə sakini Sadıx İsmayılovun törətdiyi ehtimal olunur. Bildirilir ki, tərəflər qonşu olublar.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
Polisin keçirdiyi tədbirlər nəticəsində S.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…












