Sərhəddə avtomobildə 206 kq kokain aşkarlanıb, diplomat saxlanılıb

Bolqarıstan Sərhəd Xidməti Belçikadan gələn furqonda Türkiyəyə keçirilməsi nəzərdə tutulan böyük həcmdə kokain aşkarlayıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 206 kq kokain Bolqarıstanın quru sərhədində indiyədək aşkar edilən ən böyük narkotik partiyasıdır. Narkotikin ümumi dəyəri 20 milyon avro (22 milyon dollar) olaraq qiymətləndirilir. Narkotik vasitələr beş çamadanın içində gizlədilmiş 179 möhürlü paketdə aşkarlanıb. Haskovo rayonunun prokuroru İvan Stoyanov hadisə ilə bağlı üç nəfərin saxlandığını bildirib. Onlardan biri Belçikada akkreditə olunmuş, Konqo Demokratik Respublikasından olan 40 yaşlı diplomat, digərləri isə 54 yaşlı Belçika vətəndaşı və 43 yaşlı bolqar sürücüdür. Prokurorun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləri sübuta yetirilərsə, onları 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












