Sərhəddən 14 kq narkotik keçirməyə cəhd göstərənlər saxlanılıb

Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları İranla sərhəddən qaçaqmalçılıq yolu ilə 14 kq-a yaxın narkotik maddə keçirməyə cəhd göstərən iki İrəvan sakinini saxlayıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin məlumatında deyilir.
Məlumata görə, əməliyyatçılar İranla sərhəddə Mehri şəhəri yaxınlığında magistral yolun kənarında dayanmış avtomobildə şərikini gözləyən narkokuryerin izinə düşüblər. Əlbir olduğu adamı görən şəxs yolun kənarından ona narkotik dolu paket atıb. Bundan sonra onların hər ikisi saxlanılaraq həbs edilib.
Bildirilir ki, avtomobilə baxış zamanı içərisində narkotik vasitə olan bağlamalar: 11 kq 680 qram marixuana, 1 kq 150 qram metamfetamin, 510 qram tiryək, 530 qram həşiş, o cümlədən üzərində “Love” və “Audi” yazılmış paketlərdə həblər aşkar edilib.
İlkin araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri sərhəddən qaçaqmalçılıq yolu ilə keçirən İran vətəndaşından (şəxsiyyəti hələ müəyyən edilməyib - red.) alıblar.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












