Sərnişin dolu avtobusda sürücülər söz savaşına girdi - VİDEO

Telefonla danışan sürücü aqressiyasına təslim oldu, sərnişinləri təyziqli çıxışı ilə narahat etdi.
Avtosfer.az xəbər verir ki, sərnişin tərəfindən çəkilən hadisə 28 may yaxınlığında - Azadlıq prospektində, BakuBus-a məxsus olan 2 nömrəli avtobusda qeydə alınıb. Videoda əksini tapan görüntülərdən aydın olduğu kimi sükan arxasında əyləşən sürücü telefonda həmkarı ilə hərarətlə danışıb. Diqqətlə qulaq asmağa ehtiyac yoxdur, çünki sürücünün rahatlığı yüksək səslə danışmasından hiss olunur. Digər sürücünün danışığı zamanı telefonunu mikrofona qoyaraq ünsiyyət quran avtobus idarəçisi hərarətli çıxışı ilə sərnişinləri narahat edib. Sürücülər arasında yaranan söz davasına səbəb isə avtobusların ənənəvi probleminə çevrilən interval məsələsi olub. Həmçinin sərnişinin sözlərinə görə sürücü davadan sonra başqa şəxslərlə əlaqə quraraq rahatlığını stabil şəkildə davam etdirməklə şəxsi məsələlərindən də danışıb. Hətta telefonda görüntülü zənglə danışan sürücü arxaya çönərək sərnişinləri qarşı tərəfə şəxsə göstərib. Sərnişinləri lüzumsuz dialoqları ilə narahat edən sürücünün nəzərinə çatdıraq ki, sükan arxasında əyləşdiyi zaman telefonu bir kənara qoyub, işini lazımi şəkildə icra etməlidir.
Nərmin Əkbər
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO











