Sərnişin qatarlarına atəş açılıb - FOTO

Böyük Britaniyanın Kembric şəhərində sərnişin qatarlarına atəş açılması ilə bağlı müəmmalı hadisələr baş verib.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, Kembric və Kembric Nort dəmiryol stansiyaları arasındakı mənzildə hərəkət edən qatarların pəncərələri və vaqonları naməlum şəxslər tərəfindən güllə atəşinə tutulub.
“Greater Anglia” və “Great Northern” şirkətlərinə məxsus qatarlar son üç həftə ərzində ardıcıl hücumlara məruz qalıb. Hadisə nəticəsində 20-dən çox vaqon vandalizmə məruz qalıb. Dəmiryolu işçiləri və maşinistlər hücumlar dayandırılmayana qədər qatarları idarə etməkdən imtina ediblər.
Qeyd olunub ki, hadisə ilə bağlı polis araşdırma aparır, lakin şübhəli şəxsləri müəyyən etmək mümkün olmayıb. Dəmiryolu sektorunda çalışan mənbələrin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları ərazidə gücləndirilmiş müşahidə həyata keçirsə də, atəşin hansı nöqtədən açıldığını müəyyən edə bilmirlər. İndiyə qədər hadisələr zamanı xəsarət alan olmayıb.
Qatar şirkətləri bildirib ki, sonuncu hücum bazar günü saat 17:30-da baş verib və güllələr vaqonların pəncərələrinə zərər yetirsə də, şüşələri tam deşməyib. Polis araşdırmalarını davam etdirir və hücumların qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirir.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












