Sərnişin taksi sürücüsünün marketə getməsini fürsət bilib avtomobildən oğurluq etdi

Paytaxtın Qaradağ rayonunda oğurluq hadisələri baş verib. Ələt qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin “Mitsubishi” markalı avtomobilindən 1060 manat pulu talanıb. Bu barədə zərərçəkmiş polis orqanına məlumat verib.
Avtosfer.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 24 yaşlı R.Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onun sərnişin qismində taksiyə əyləşdiyi və yolda sürücünün avtomobili saxlayıb marketə getməsindən sui-istifadə edərək saxlanc yerində olan pul kisəsindən oğurluq etdiyi məlum olub.
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Lökbatan qəsəbəsində yerləşən mağazaların birindən müxtəlif tarixlərdə oğurluq etməkdə şübhəli bilinən 24 yaşlı F.Babaxanov da müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












