Sərnişin təyyarəsi HAVADA ALOVLANDI  - VİDEO

Hadisə 7 Mart 2024 19:36 Oxunub 194
Sərnişin təyyarəsi HAVADA ALOVLANDI  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göyərtəsində 167 sərnişinin olduğu ABŞ-nin “United Airlines” şirkətinə məxsus təyyarənin mühərriki havaya qalxdıqdan yarım saat sonra yanıb.

Yanğın anının əks olunduğu video yerli KİV-də yayılıb.

Hadisənin bazar ertəsi, martın 4-də Hyustondan Fort Mayersə uçan təyyarədə baş verdiyi bildirilir. İnternetdə yayımlanan və şahidlər tərəfindən lentə alınan görüntülərdə mühərrikdən alovun çıxdığı görünür.

“Yadımdadır, pəncərədən parlaq yanıb-sönən işıq görünürdü, bomba partlamasına bənzər səs gəldi, sonra isə sadəcə alov parladı”, - deyə təyyarənin sərnişinlərindən biri xatırlayıb.

Onun sözlərinə görə, kabinədə dərhal xaos başlayıb: insanlar qışqırıb ağlayır, nə baş verdiyini anlamağa çalışıblar.

Digər bir sərnişin Elliot Treksler etiraf edib ki, hətta həyat yoldaşına vida məktubu yazmağa başlayıb.

Qeyd olunub ki, təyyarə havaya qalxdıqdan cəmi 33 dəqiqə sonra geri dönüb və Hyuston hava limanına enib. Bir neçə saat sonra daşıyıcı şirkət sərnişinləri başqa təyyarə ilə Fort Mayersə çatdırıb.

(Oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh