Sərnişinlə mübahisə edən "BakuBus" sürücüsü işdən çıxarıldı - VİDEO - YENİLƏNİB

Ötən gün, saat 21:30 radələrində, “BakuBus” MMC-nin istismarında olan 149 nömrəli müntəzəm marşrut xəttində sürücü ilə sərnişin arasında insident baş vermişdir.
"BakuBus"dan bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılıb:
"Aparılmış araşdırma zamanı videomüşahidə görüntülərindən müəyyən olunmuşdur ki, sürücü Rəcəbov Xəyalət Azad oğlu tərəfindən qaydalar kobud şəkildə pozulmuşdur. Bu səbəbdən, əmək qanunvericiliyinə uyğun olaraq sürücünün işdən azad edilməsi barədə qərar qəbul edilmişdir.
Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına Sizi əmin etmək istərdik.
Fürsətdən istifadə edərək keyfiyyət standartlarını fəaliyyət prioriteti elan edən “BakuBus”ın bundan sonra da bu kimi hallara qarşı barışmaz olacağını bir daha diqqətə çatdırır, sərnişinlərimizə müraciət edərək bu kimi hallarla qarşılaşdıqları zaman bizə məlumat vermələrini xahiş edirik".
***
Bakıda avtobusda mübahisə yaşanıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, bu barədə görüntülər 149 nömrəli “Baku Bus” sərnişindaşıma avtobusunda lentə alınıb.
Belə ki, avtobus sürücüsü ilə sərnişin arasında mübahisə yaranıb.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO









