Şərurda evlərdən oğurluq edən şəxs saxlanıldı - FOTO

Şərur rayonunda oğurluq hadisəsi baş verib. Rayonun Tumaslı kəndində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 300 manat dəyərində qızıl-zinət əşyasının və 310 manat pul vəsaitininin naməlum şəraitdə oğurlanmasını bildirib. Avtosfer.az xəbər verir ki, Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla Ü.Tağıyevin rayon ərazisində yerləşən digər bir evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyası və 50 manat pul vəsaiti oğurlanması da məlum olub. İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon ərazisindəki evlərin birindən 430 manat nağd pul oğurlamaqda şübhəli bilinən Y.Sadiqov da saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…












