Şərurda sursat tapılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayonu, Danyeri və Tənənəm kəndləri istiqamətində açıq ərazidə hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal nazirliyin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 62 mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Gəncədə avtomobil keçiddən keçən orta yaşlı kişini vurdu - VİDEO
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı










