Şərurlu İsfəndiyar “Hollywood“dakı DAVADAN DANIŞDI

“Hollywood” restoranını icarəyə vermişəm. Oranın gündəlik fəaliyyəti ilə maraqlanmıram”. Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında adıçəkilən restoranın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.
O bildirib ki, “Hollywood”dakı kütləvi dava barədə məlumatı yoxdur.
“Hadisədən məlumatsızam. “Hollywood” restoranını icarəyə vermişəm. Ona görə də davadan filan xəbərim yoxdur. Kim nə edir mənə niyə desin? Mənim işim gücüm yoxdur?”, - İsfəndiyar Axundov söyləyib. Qeyd edək ki, Binəqədi rayonu Azadlıq prospektində yerləşən “Hollywood” restoranında kütləvi dava olub. Hadisə yanvarın 18-də şou-biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb. Məclisdə iştirak edən Adel adlı tiktoker naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. Bildirilir ki, tiktokeri döyənlər adı müxtəlif qalmaqallarda hallanan və barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən bir neçə dəfə restoranlarda baş verən dava-dalaşlarla əlaqədar tədbir görülmüş iş adamı Bilal Əlizadə və onun yaxın çevrəsi olub.
Bilal Əlizadə “Star Baku”, “Burju Baku”, “Show Baku”, “Badra Baku”, “Tempo Club” restoranlar şəbəkəsinin rəhbəri kimi tanınır.
Məlumata görə, insident mübahisə zəminində baş verib. Belə ki, Bilal Əlizadə məclisdə iştirak edən qadınlardan birinə yaxınlaşaraq ona qızıl hədiyyə təqdim edib. Bundan sonra tiktoker Adel ona yaxınlaşaraq mübahisə edib. Bu zaman dava düşüb. Bilal Əlizadənin masasında əyləşən bloqer Ümid Kərimbəyli və Rəşad adlı şəxs Adelə fiziki zorakılıq tətbiq edərək ona xəsarət yetiriblər.
Bu barədə ilk xəbəri Qafqazinfo yayıb.
Masazırda “Chevrolet” keçiddən keçməyən piyadanı vurdu - VİDEO
Sərnişin oturacağında yatan sürücü həbs edildi
Ceyranbatanda atları döyüb öldürüblər – VƏTƏNDAŞ ŞİKAYƏTİ- VİDEO
Bakıda polisdən "qaçmaq" istəyən sürücünü anası İFŞA ETDİ
Bakıda məktəbli DÜNYASINI DƏYİŞDİ - SƏBƏB - FOTO
Sürücünün ürəyi tutdu, sükan arxasında ÖLDÜ
Avtomobillə müəlliməni öldürən şəxsə hökm oxundu - 3 il azadlıqdan məhrum edildi - FOTO
Qadın sürücünü şillələyən və üzünə tüpürən "parkovşik" həbs edildi
Hökməli dairəsində yol çöküb; qəza riski artır – VİDEO
"Texniki nasazlıq faciəyə səbəb ola bilər" - DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
On bir lüks avtomobil müsadirə edildi - 65 milyon dəyərində











