"Şərurlu İsfəndiyar"ın şirkəti ətraf mühiti çirkləndirib - Külli miqdarda cərimə

"Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) barəsində Ətraf Mühitin Mühafizəsi, Təbiətdən İstifadə və Ekoloji Təhlükəsizlik qaydaları əleyhinə olan (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) inzibati xəta protokolu tərtib olunub.
“Qaynarinfo”nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 10500 manatdan 12500 manatadək məbləğdə cərimə edilir.
İşə Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, "Şərur" MTK 2001-ci ildə yaradılıb və iş adamı İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsusdur.
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO










