Sərxan xəstəxanadan, Gözəlov sınaqdan çıxdı… - VİDEO

“O gün küçələr yenə öz adi həyatını yaşayırdı. Heç kim bilmirdi ki, taleyin görünməz tərəzisində bir uşağın nəfəsi ilə bir insanın vicdanı qarşı-qarşıya dayanacaq”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev 10 yaşlı Sərxanın xəstəxanadan çıxış görüntülərini paylaşaraq yazıb.
“Polis polkovnik-leytenantı Müşviq Gözəlov hadisəni görəndə xidmətdə idi, amma onun ani qərarı oldu. O, xilas etməyə tələsirdi. Heç qəza törədənlərlə maraqlanmadı. Daha vacib olan həyat idi.
Təcili yardımı gözləmədən uşağı xidməti avtomobillə xəstəxanaya çatdırdı. Valideynləri gələnədək tibb personalının yanında dayandı, reanimasiyanın qapısı önündə sükut kimi dikildi.
O dəqiqələrdə biz o uşağın adını bilmirdik. Ad bəlkə də ən xırda şey idi. Əsas olan bir insan ömrünün sönməməsi idi. Hər zəngimizdə eyni cavabı eşidirdik:
— Burdayam… nə lazımdırsa edirik.
Bu cümlə bir raport deyildi, vicdanın səsi idi. Bəzən bir insanın taleyi məhz belə sakit cümlələrdən başlayır.
O gün anladım ki, polis forması təkcə səlahiyyət deyil, mərhəmət libasıdır. M.Gözəlovun orada etdikləri mənə kitabların öyrətmədiyi həqiqəti göstərdi ki, bəzən bir insanın vaxtında atdığı addım bütöv taleyi dəyişir.
O səhnəni seyr edərkən qəribə bir qürur duydum. Sanki qaranlıq küçənin ortasında kiçik bir işıq yandı, insanlıq işığı. Və başa düşdüm ki, nə yaxşı, ordan polis keçirdi…”, - deyə o, paylaşımında qeyd edib.
Maşın qaçıran şəxs saxlanıldı
Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi - SƏBƏB - YENİLƏNİB
Sığorta qalmaqalı: “Ata Sığorta” qazini aylardır süründürür - FOTOLAR
Əlləri cibində maşın yolunu parka çevirən piyada təhlükə saçdı - VİDEO
“BakuBus”ın sürücüsü sərnişinləri avtobusdan düşürdü, yolu bağladılar - AÇIQLAMA - VİDEO
Qəzənfər Abbasov İrandan Bakıya gələrkən saxlanılıb? - Özündən açıqlama - YENİLƏNİB
Əmisi ilə birgə maşını işlək vəziyyətdə qoyub yatdılar - İkisi də öldü - FOTO
"Ondan maşın, 1 manat alanı da Allah gorbagor etsin" - Müğənni
Şəmkirdə iki maşın toqquşdu - Avtomobillərdən biri yol kənarındakı piyadanı vurdu
Çobanlar yarım milyonluq heyvanları necə oğurlayıb? - Sahibkar detalları açıqladı - VİDEO
"Azəriqaz" yüzlərlə kəndlini işsiz qoydu – Məhkəmə qərarı icra edilmir











