Sərxan xəstəxanadan, Gözəlov sınaqdan çıxdı… - VİDEO

“O gün küçələr yenə öz adi həyatını yaşayırdı. Heç kim bilmirdi ki, taleyin görünməz tərəzisində bir uşağın nəfəsi ilə bir insanın vicdanı qarşı-qarşıya dayanacaq”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev 10 yaşlı Sərxanın xəstəxanadan çıxış görüntülərini paylaşaraq yazıb.
“Polis polkovnik-leytenantı Müşviq Gözəlov hadisəni görəndə xidmətdə idi, amma onun ani qərarı oldu. O, xilas etməyə tələsirdi. Heç qəza törədənlərlə maraqlanmadı. Daha vacib olan həyat idi.
Təcili yardımı gözləmədən uşağı xidməti avtomobillə xəstəxanaya çatdırdı. Valideynləri gələnədək tibb personalının yanında dayandı, reanimasiyanın qapısı önündə sükut kimi dikildi.
O dəqiqələrdə biz o uşağın adını bilmirdik. Ad bəlkə də ən xırda şey idi. Əsas olan bir insan ömrünün sönməməsi idi. Hər zəngimizdə eyni cavabı eşidirdik:
— Burdayam… nə lazımdırsa edirik.
Bu cümlə bir raport deyildi, vicdanın səsi idi. Bəzən bir insanın taleyi məhz belə sakit cümlələrdən başlayır.
O gün anladım ki, polis forması təkcə səlahiyyət deyil, mərhəmət libasıdır. M.Gözəlovun orada etdikləri mənə kitabların öyrətmədiyi həqiqəti göstərdi ki, bəzən bir insanın vaxtında atdığı addım bütöv taleyi dəyişir.
O səhnəni seyr edərkən qəribə bir qürur duydum. Sanki qaranlıq küçənin ortasında kiçik bir işıq yandı, insanlıq işığı. Və başa düşdüm ki, nə yaxşı, ordan polis keçirdi…”, - deyə o, paylaşımında qeyd edib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












