Banner

Sərxanı xilas edən polkovnik-leytenant Mikayıl Gözəlovun oğlu imiş - FOTO

Hadisə 17 Yanvar 2026 14:06
Sərxanı xilas edən polkovnik-leytenant Mikayıl Gözəlovun oğlu imiş - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dekabrın 25-i paytaxtın Səbail rayonunda baş vermiş qəzada 10 yaşlı Sərxana operativ kömək edərək onu dərhal xəstəxanaya çatdıran polis polkovnik-leytenantı Müşfiq Gözəlov tanınmış şəxsin övladı imiş.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova məlumat yayıb.

O bildirib ki, Müşfiq Gözəlov Şuşanın sabiq icra başçısı Mikayıl Gözəlovun oğludur. M.Gözəlov 1991-ci ilin dekabrında icra başçısı ikən Şuşada müəmmalı şəraitdə qətlə yetirilib.

Qeyd edək ki, Müşfiq Gözəlov polis zabiti kimi bir sıra vəzifələrdə çalışıb, hazırda Daxili İşlər

Nazirliyində məsul postlardan birini tutur.
Onun bacısı Səbinə Gözəlova isə 2023-cü ildə Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub.

Xatırladaq ki, yol qəzasından xəsarət alan 10 yaşlı Sərxan dünən xəstəxanadan evə buraxılıb.

Oxunub 118
ŞƏRH YAZ
Ad

E-mail

Şərh