Sərxoş halda avtomobili "protiv" sürüb qəza törətdi, 1 nəfər öldü

Gəncə Ağır Cinayətlər Məhkəməsi Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işinə baxıb. Məhkəmə 1993-cü il təvəllüdlü, Kəlbəcər rayon sakini olan Amin Cəfərovu (ad və soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan adam ölümünə səbəb olma, sərxoş halda) ilə təqsirli bilib və 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
BAKU.WS-in məlumatına görə, hadisə 23 avqust 2023-cü ildə Bərdə rayonunun Yeni Əyricə kəndi ərazisində, "Samux" marketin yaxınlığında baş verib.
Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan və orta dərəcəli alkoqol sərxoşluğu (1,5 promil) halında qardaşına məxsus "VAZ 21065" markalı ("-BE-" nişanlı) avtomobili idarə edib.
Sürət həddi 50 km/saat olan yolda 80 km/saat sürətlə hərəkət edən təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını (Qanunun 33, 36, 37 və 64-cü maddələri) kobud şəkildə pozaraq əks hərəkət zolağına çıxıb və qarşıdan gələn "Mercedes" markalı ("-NK-" nişanlı) mikroavtobusla toqquşub.
Nəticədə mikroavtobusda sərnişin qismində olan Qadil Alxasov ağır xəsarətlər alıb və hadisə yerindən xəstəxanaya aparılarkən vəfat edib. Tibbi ekspertiza rəyinə görə, ölüm səbəbi boyun travması, fəqərə sınıqları və daxili qansızmalar olub.
Məhkəmə iclasında təqsirləndirilən şəxs ittihamı qismən qəbul edib və göstərib ki, hadisədən əvvəl Qadil Alxasovla birlikdə pivə içib, lakin qəzanın səbəbini qarşı tərəfin manevri ilə əlaqələndirib. O, həmçinin mərhumun ailəsi ilə barışdığını və maddi kömək göstərdiyini bildirib. Zərərçəkmişin hüquqi varisi (mərhumun anası) məhkəmədə şikayətinin olmadığını və təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmədən cəza almasını xahiş edib.
Şahidlərin ifadələrinə görə, hadisə iki tərəfli asfalt yolda baş verib, toqquşmadan sonra avtomobillər evakuasiya olunub, xəsarət alanlar isə xəstəxanaya aparılıb. Yol-nəqliyyat ekspertizası təqsirləndirilən şəxsin qaydaları pozduğunu təsdiqləyib, mikroavtobus sürücüsünün (Şahid1) də sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən edilib, lakin onun hərəkətləri hadisənin qarşısını almaq üçün texniki imkan verməyib.
Məhkəmə hökmündə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmaması, azyaşlı uşaqlarının olması və zərərçəkmişlə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Abşeronda axtarışda olan 17 nəfər saxlanıldı, xuliqanlıq edən 8 sürücü tutuldu - FOTO - VİDEO
Bakıda cərimə üstündə DAVA: qonşusunu öldürdü - TƏFƏRRÜATLAR
Polis əməliyyat keçirdi: İnsanları zəhərləyənlər saxlanıldı - VİDEO
Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR - VİDEO
Mən məcbur deyiləm sənin uşağının səsini eşidim - AVTOBUSDA DAVA - VİDEO
Sürücülər arasında dava – Ailəsinin yanında vurub qaçdı - VİDEO
Uşaqları dərsdən götürməyə getmişdilər, parkinqə görə dava düşdü - VİDEO
Otuz il əvvəl törədilmiş qətlin üstü açıldı - 2 nəfər həbs edildi
Hərəkətdə olan maşınların qarşısına çıxan piyada barmaqla yol istədi - VİDEO
Masazırda məktəblilər gölləri birləşdirib sosial şəbəkədə yaydı - VİDEO
Novxanı yol kənarında ölmüş itlər tapılıb - VİDEO








