Sərxoş halda keçiddən keçməyən piyadanı ad günündə maşın vurub öldürdü - VİDEO

Martın 19-da saat 23:20 radələrində Xəzər rayonu, Mərdəkan şosesi, Milli Aviasiya Akademiyasının qarşısında piyadavurma hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, Vüqar Mikayılzadənin idarə etdiyi 90-CP-921 dövlət nömrə nişanlı "KİA Rio" markalı avtomobil yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Teymur Daşdəmirovu vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs axşam məclisdə spirtli içki qəbul edib və yola çıxaraq səhv addım atıb ki, bu da onun həyatını itirməsi ilə nəticələnib.
Qeyd edək ki, ölən piyadanın həmin gün doğum günü olub.
Hazırda Xəzər rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli və Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı hadisə yerində olub. Ərazinin təhlili zamanı məlum olub ki, qeyd olunan yerdə yeraltı piyada keçidi var. Piyadaların ordan istifadəsi üçün hər cür şərait yaradılsa da bəziləri yolu təyin olunmamış yerdən qaçaraq keçməyə cəhd edir. Nəticədə ağır qəzalar baş verir ki, əksər hallarda piyadalar həyatını itirir.
Ətraflı videomaterialda:
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO










