Sərxoş halda maşın sürən keçmiş məhkum yol polisini vurub qaçdı - VİDEO

Avtomobil yol polisi əməkdaşını vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Leninqrad vilayətində baş verən hadisənin görüntüləri yol polisi avtomobilinin kamerası tərəfindən qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qayda pozan “Hyundai Solaris” markalı minik avtomobilinin sürücüsünü saxlayıblar. Müayinə zamanı onun sərxoş olduğu üzə çıxıb. Qayda pozan sürücü bundan sonra qaçmağa cəhd edərək avtomobillə polis əməkdaşlarından birini vurub. Təqibə başlayan polislər bir müddət sonra onu yaxalayıblar. Aparılan yoxlama zamanı onun əvvəllər məhkum olunmuş 34 yaşlı Kareliya sakini olduğu məlum olub. Hazırda həmin şəxsə dövlət məmuruna qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi, habelə yol hərəkəti qaydalarını pozma və xırda avtoxuliqanlıq maddələri ilə inzibati qaydada protokol tərtib edilib.
Namiq Musayev
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












