Banner

Sərxoş halda maşın sürən qadın polislərlə dava edib qaçdı – Qəzaya düşdü - VİDEO

Hadisə 1 Dekabr 2025 20:06 Oxunub 1526
Sərxoş halda maşın sürən qadın polislərlə dava edib qaçdı – Qəzaya düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Polisdən qaçan qadın sürücü ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib. Belə ki, Moskva Dairəvi Yolunda yol polisi əməkdaşları “Jaecoo J7” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən 37 yaşlı Marina T.-ni saxlayıb. Avtomobildən enən qadın polislərlə mübahisə etməyə başlayıb və sonradan maşına əyləşərək qaçmağa çalışıb. Ancaq bir müddət sonra qadın sürücü idarə etdiyi avtomobili yüksək sürətlə yol ayrıcındakı beton səddə çırpıb. Zərbənin təsirindən avtomobil iki yerə bölünərək deformasiyaya uğrayıb.

Qəza nəticəsində qadın sürücü ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh