Sərxoş halda qəza TÖRƏTDİ: cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emil Əlizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və E.Əlizadənin cəzası 5 il 1 aya endirilib.
İttihama görə, hadisə 2021-ci il martın 12-də saat 1 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov ilə Yəhya Hüseynov küçələrinin kəsişməsindəki Bakı-Sumqayıt şosesinin körpü hissəsinin aşağı istiqamətində qeydə alınıb. Belə ki, Emil Firdovsi oğlu Əlizadə sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi 99-UZ-598 dövlət nömrə nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə avtomobildə olan sərnişin - Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Şahin Mədətov hadisə yerində ölüb.
Sürücü və digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.
Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, Emil Əlizadə xəstəxanaların birində həkim işləyib.
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO










