Sərxoş halda qəza törətdi, ayıq sürücü və qohumu öldü, özü həbs edildi

İsmayıllı rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtoqəza törədən Qəbələ rayon sakini Orxan Rəhimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az Oxu.az-a istinadən məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.Rəhimli 3 il sürücülük hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum olunub. İttihama görə, hadisə 2024-cü il dekabrın 22-də gecə saatlarında İsmayıllı rayonunda baş verib. Qəbələ rayon sakini Orxan Rəhimli İsmayıllı rayonuna tələbə yoldaşı Tural Allahverdiyevin dəvəti ilə gəlib.
Yeni qanuna əsasən hansı şəxslər dövlət hesabına təhsil ala biləcək – Ekspert İZAH ETDİ
O, spirtli içki qəbul etməyən həmkəndlisi Şükür Şükürlünü də sürücü qismində özü ilə gətirib. Orxan digər qohumu Səfər Rəşidov və Şükürlə birlikdə İsmayıllı rayonuna gəlib, burada Turalla birlikdə yeyib-içiblər. Orxan spirtli içki qəbul etsə də, geri qayıdarkən təkidlə avtomobilini özü idarə etməyə başlayıb. O, dostu Turalı, qohumu Səfəri və ayıq sürücü kimi gətirdiyi Şükürü avtomobilə əyləşdirərək, Qəbələ rayonu istiqamətində hərəkət edib. O.Rəhimlinin sərxoş halda sürdüyü maşın İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində idarəetmədən çıxaraq aşıb. Nəticədə Şükür Şükürlü və Səfər Rəşidov aldıqları xəsarətlərdən ölüblər. Orxan Rəhimli ağır, İsmayıllı sakini Tural isə orta-ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












