
Sərxoş qadın taksini Bakıdan Şəmkirə sürdürüb pulunu vermədi - VİDEO
Hadisə
14 Avqust 2023 12:29
Oxunub 1968

Sərxoş vəziyyətdə olan xanımla taksi sürücüsünün arasında insident baş verib.
Avtosfer.az xəbər verir ki, Bakı şəhərində taksiyə minib Şəmkirə getmək istəyən xanım sərnişin, sürücüyə 100 manat verəcəyini vəd edib. Sürücü Məmmədov Rəşad yolda gediş haqqını tələb etdikdə üzərində pulun olmadığını vurğulayan sərnişin, əvəzində telefonunu və sənədini təqdim edərək ünvana çatanda pulu verəcəyini bildirib. Şəmkir rayonuna çatdıqda isə sürücünü “telefonumu oğurlamısan səni polisə verəcəyəm” deyə təhdid edərək, ona qarşı nalayiq ifadələr işlədib.
Videonu təqdim edirik.
Nurlan Sakitoğlu
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR