
Sərxoş sürücü qəza törədib öldü - ANBAAN VİDEO
Hadisə
15 Fevral 2023 16:58
Oxunub 22126

Sərxoş sürücü idarəetməni itirərək avtomobilin önündə can verdi. Avtosfer.az xəbər verir ki, Rusiya əyalətində baş verən qəza sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Hadisədən də göründüyü kimi, TIR sürücüsü bir anda idarəetməni itirərək yol kənarındakı qayalığa çırpılıb.
TIRın ön hissəsi arxa tərəfindən tamamilə qoparaq yararsız hala düşüb. Qarşısında olan avtomobil isə anlıq baş verən vəziyyətin qarşısını almağa çalışsa da maşınını mövcud qəzadan “sağlam çıxara” bilməyib. Dəhşətli olay nəticəsində TIRın sürücüsü sükandan çıxaraq avtomobilin qarşısına sıçrayıb və həyatını itirib.
Nərmin Əkbər
ŞƏRH YAZ