Banner

Sərxoş halda avtoxuliqanlıq edib qəzaya səbəb olan qazi azadlığa buraxıldı - VİDEO

Hadisə 5 Dekabr 2025 19:03 Oxunub 374
Sərxoş halda avtoxuliqanlıq edib qəzaya səbəb olan qazi azadlığa buraxıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nəsimi rayonunda sərxoş vəziyyətdə avtomobil idarə edən, avtoxuliqanlıq törədən və nəticədə qəzaya səbəb olan sürücünün cəzası yüngülləşdirilib. Avtosfer.az xəbər verir ki, 2 ay müddətinə inzibati qaydada həbs edilən Tayfun Fərəcovun cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 1 aya endirilib və o, azadlığa buraxılıb.

Qeyd edək ki, Nəsimi RPİ Dövlət Yol Polisi Şöbəsinin keçirdiyi tədbirlər zamanı oktyabrın 28-də “Changan” markalı avtomobili sərxoş halda idarə edən Tayfun Fərəcov ictimai asayişi pozduğu, digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratdığı, polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün saxlanılmışdı. O, C. Hacıbəyli və M. Mirqasımov küçələrinin kəsişməsində yerləşən işıqforu vuraraq yararsız hala salmışdı. Sürücü tibbi müayinəyə aparılıb və onun spirtli içkinin təsiri altında olması təsdiqlənib. T.Fərəcov barəsində inzibati protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsi onu 2 ay inzibati həbs cəzasına məhkum etmişdi. Tayfun Fərəcov apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Şikayətində o, əməlindən peşman olduğunu, Vətən müharibəsində iştirak etdiyini bildirib. Onun “Füzulinin azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edildiyi müəyyən edilib. Apellyasiya işi araşdırılarkən Fərəcovun qəza nəticəsində işıqfora dəymiş zərəri də ödədiyi üzə çıxıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə T.Fərəcovun cəzası 1 aya endirilib və müddətin bitməsi ilə əlaqədar o, azadlığa buraxılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh