Sevdiyi qızı ona vermədiyi üçün ailəsindən BELƏ QİSAS ALDI

Hadisə 3 Dekabr 2022 18:42 Oxunub 538
Sevdiyi qızı ona vermədiyi üçün ailəsindən BELƏ QİSAS ALDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hindistanın Karnataka ştatının Appinangadi şəhərində polis hücuma görə 4 nəfəri həbs edib.

Avtosfer.az milli.az-a istinadən bildirir ki, hücumun səbəbi hindistanlının qızını cinayətkarlardan birinə ərə verməkdən imtina etməsi olub.

Noyabrın 25-i cümə günü axşam saatlarında altı nəfər Beari ailəsinin evinə soxulub. Onların əksəriyyəti daş və çubuqlarla silahlanıb. Quldurlar qurbanları döyüb, qışqıraraq hədələyiblər. Ailənin atası Usman Beari yaxınları üçün ayağa qalxanda Nizamuddin adlı şəxs bıçaqla onun sinəsindən zərbə endirib.

Usmanın 38 yaşlı həyat yoldaşı Tahira hadisə barədə polisə məlumat verib. Polis hücumda şübhəli bilinən 4 nəfəri həbs edib. Daha iki şübhəli axtarışdadır. Usman Beari xəstəxanaya aparılıb.

Polisin məlumatına görə, əvvəllər Nizamuddin Usman Bearinin qızı ilə evlənmək istədiyini bildirib, amma qızın atası imtina edib. Uğursuz bəy əsəbiləşərək dəstə toplayıb və qisas almaq qərarına gəlib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh