Sevdiyi şəxsə qoşulub qaçan yeniyetmə qız məktub da yazıbmış - YENİLƏNİB

Hadisə 10 İyul 2024 11:59 Oxunub 386
Sevdiyi şəxsə qoşulub qaçan yeniyetmə qız məktub da yazıbmış - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağdamda qoşulub qaçan qız ilə bağlı detallar üzə çıxıb.

Avtosfer.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Aytac Elməddin qızı Əlizadə 1997-ci il təvəllüdlü Əsəd İbrahim oğlu Cavadzadə ilə qaçıb.

Onların əslində qonşu və aralarında sevgi münasibətləri olduğu bildirilib.

Məlum hadisə baş verən gün qız evdən qaçmadan öncə məktub yazıb.

Daxili İşlər Nazirliyi də bu hadisə ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyul ayının 6-da Ağdam rayonun Çəmənli kəndindəki fermadan 16 yaşlı qızın ailə qurmaq məqsədi ilə qaçırılması barəsində valideyni tərəfindən Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib:

"Hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir".

***

Ağdamda fermada yaşayan qız tanışına qoşularaq evdən gedib.

Avtosfer.az xəbər verir ki, hadisə Ağdam rayon, Çəmənli kəndində yerləşən fermalardan birində qeydə alınıb.

16 yaşlı Aytac Elməddin qızı Ədilzadə tanışı Cavadzadə Əsəd İbrahim oğlu ilə ailə qurmaq məqsədilə yaşadığı evi tərk edərək qaçıb.

Yaxınları qızı axtarırlar.

Faktla bağlı araşdırma aparılır.

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh