Sevgilisini öldürüb meşəyə atdı – Təyyarə qəzasında ölən bacı-qardaşın ögey qardaşından DƏHŞƏTLİ QƏTL

Sentyabrın 23-də saat 15 radələrində Əvəcuğ- Xürəl kəndinin meşəlik ərazisində qadın meyiti aşkarlanıb.
Avtosfer.az bizim.media-ya istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı meyitin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Səadət Ferma qızı Həsənovaya məxsus olduğu müəyyən edilib.
Onun bədənində bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.
İstintaqla müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verib. Əvəcuğ kənd sakini, 1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Kamran Xəzər oğlu Seyidov qeyri-rəsmi nikah münasibətində olduğu S.Həsənovanı qısqanclıq zəminində bıçaqla öldürüb.
Daha sonra K.Seyidov qadının meyitini idarə etdiyi “Mercedes” markalı, 77-NY-316 dövlət qeydiyyat nişanlı avtomobillə kəndin meşəlik ərazisinə aparıb.
Kamran Seyidov saxlanılıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Məlumat üçün bildirək ki, qadını qətlə yetirməkdə şübhəli bilinən Kamran Seyidov 2024-cü ilin dekabrında baş verən təyyarə qəzasında həyatını itirən qusarlı bacı-qardaş -19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevin ögey qardaşıdır. Kamran Seyidov təyyarə qəzasında həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini tələb edirdi.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












