Silahlı insident olub, ölən və xəsarət alanlar var

Türkiyənin Sakarya vilayətinin Erenler rayonunda iki ailədən olan 6 nəfər arasında silahlı insident olub. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident zamanı 2 nəfər ölüb, daha 2 nəfər isə ağır yaralanıb. Qeyd edilir ki, hadisə yerinə təcili yardım və jandarm əməkdaşları cəlb edilib. Xəsarət alan 4 nəfər təcili tibbi yardım əməkdaşları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb. Xəstəxanada tibbi yardım göstərilməsinə baxmayaraq, onlardan ikisi aldıqları xəsarətlərdən ölüblər. Yaralılardan daha birinin vəziyyətinin ağır olduğu, digərinin isə həyatı üçün təhlükənin olmadığı bildirilir. Ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirən jandarm əməkdaşları hadisə yerindən qaçan iki şübhəlinin saxlanılması üçün əməliyyata başlayıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












