Silahlı insidentdə polisin zərərsizləşdirdiyi cinayətkarla bağlı YENİ DETALLAR - VİDEO

Hadisə 11 Sentyabr 2024 12:37 Oxunub 110
Silahlı insidentdə polisin zərərsizləşdirdiyi cinayətkarla bağlı YENİ DETALLAR  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sentyabrın 9-u saat 21 radələrində Binəqədi rayonu 7-ci mikrorayon ərazisində evə silahlı basqın zamanı polisin zərərsizləşdirdiyi Eldəniz Şükürov əvvəllər çoxsaylı cinayətlərə görə dəfələrlə məhkum olunub.

Avtosfer.az xəbər verir ki, E.Şükürovun təqsirli bilindiyi cinayət hadisələrinin əsasən mülkiyyət əleyhinə qanunazid əməllər olması diqqəti çəkir.

Belə ki, o, ilk dəfə 2003-cü ildə qabaqcadan əlbir olub bir qrup şəxslə törətdiyi soyğunçuluq cinayətlərinə görə azadlıqdan məhrum edilib. Həbsdən sonra cinayət əməllərini davam etdirən, əsasən külli miqdarda mülkiyyət cinayətlərinin təşkilatçısı və iştirakçısı olan Eldəniz Şükürov soyğunçuluq, quldurluq və oğurluq cinayətlərinə görə məhkəmə hökmləri ilə ayrı-ayrı vaxtlarda 20 ilə yaxın müddətdə azadlıqdan məhrum edilməklə məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, Binəqədidə baş verən insidentdə polisə silahlı müqavimət göstərən E.Şükürov hadisə yerində zərərsizləşdirilib, əlavə olaraq cinayət işi üzrə digər şübhəli şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq sirri olduğundan təfərrüat açıqlanmır.

(qafqazinfo)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh