Sinaqoqda və paytaxt metrosunda terror planlaşdıran şəxs öldürülüb

Rusiyada dini qruplaşmanın üzvü Moskva vilayətindəki dini yəhudi müəssisəsində və paytaxtın metro stansiyalarından birində partlayışlar törətməyi planlaşdırıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə FTX-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cinayətkar həbs edilərkən silahlı müqavimət göstərib və cavab atəşi ilə öldürülüb.
Məlumata görə, terror aktlarını hazırlayan şəxs əslən Mərkəzi Asiya ölkələrinin birindən olan Rusiya vətəndaşı olub. Hücumlara hazırlıq zamanı ərazidə kəşfiyyat aparıb və partlayıcı qurğunun hazırlanması üçün lazım olan komponentləri əldə edib. Daha sonra həmin şəxs Əfqanıstana getməyi planlaşdırıb.
Xüsusi təyinatlılar onun yaşadığı ünvana baxış zamanı odlu silahlar, partlayıcı qurğuların hazırlanması üçün komponentlər, kimyəvi maddələr və zərərverici elementlər aşkar ediblər. Faktla bağlı cinayət işi açılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












