Sinəsində bıçaqla 8 il yaşadı - Bundan xəbəri olmayıb - FOTO

Tanzaniyada bir kişi həkimləri heyrətə salıb. Məlum olub ki, o, səkkiz il sinəsində bıçaqla yaşayıb. Avtosfer.az Lent.az-a istinadla bildirir ki, 44 yaşlı pasiyent sağ döş giləsindən irin gəlməsi şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər təəccübləniblər, çünki onun başqa heç bir əlaməti olmayıb. O, sinəsində ağrı hiss etməyib, nəfəs darlığı, öskürək və ya hərarət olmayıb, bütün həyati göstəriciləri isə normal olub. Həkimlər çaşqınlıq içində qalıblar, ta ki, kişi təxminən 8 il əvvəl baş verən bir hadisəni xatırlayana qədər. Onun sözlərinə görə, “şiddətli qarşıdurma” zamanı üzündə, belində, sinəsində və qarın nahiyəsində çoxsaylı kəsik xəsarətləri alıb və həmin vaxt bu yaralar həkimlər tərəfindən müalicə edilib.

Pasiyentin dediyinə görə, o vaxtdan bəri həyatı “sakit” keçib, ta ki, döş giləsinin altından irin axmağa başladığını fərz edənə qədər. Sinə qəfəsinin rentgen müayinəsi qeyri-adi simptomların əsl səbəbini üzə çıxarıb — sinə boşluğunun ortasında böyük bir bıçaq tiyəsi ilişib qalıb. O, sağ kürək sümüyündən keçərək möcüzəvi şəkildə heç bir həyati vacib orqana toxunmayıb. Əməliyyat zamanı cərrahlar ehtiyatla bıçağı çıxarıb, həmçinin ölmüş toxuma səbəbindən yaranmış irini təmizləyiblər. Pasiyent reanimasiya şöbəsinə köçürülüb və orada 24 saat qalıb, daha sonra ümumi palataya keçirilib. Orada isə həkim nəzarəti altında daha 10 gün müalicə alıb.
Laçında traktor minaya düşüb
Yardımlıda polisdən ƏMƏLİYYAT - VİDEO
Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı
Sumqayıtda sürücüləri silkələyən yol: Maşınlar hoppana-hoppana keçir - VİDEO
Abşeronda avtomobil su kanalına düşdü - VİDEO - YENİLƏNİB
Maşınları görə-görə yolayrıcına girən skuter sürücüsü təhlükə saçdı - VİDEO
Mərkəzi Klinik Xəstəxanada xəstə yaxınından rüşvət tələb edilib - ŞİKAYƏT
Onlayn mağazadan kosmetik məhsul sifariş etdi; saxta çıxdı – ŞİKAYƏT - FOTO
“Audi” Almaniyaya “Audi” idxal edənləri məhkəməyə verdi
Qaranlıqda yolu qaçaraq keçən piyada ölümün bir addımlığından döndü - VİDEO
Sürücünü çaş-baş salan piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO












