Sinif yoldaşını bayram günü qətlə yetirən şəxs həbsdə də cinayət törətdi

2021-ci il dekabrın 31-də - Yeni il bayramı gecəsi qətl törədən 37 yaşlı Asim Nəcəfov həbsxanada da cinayət törədib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 16 illik həbsə məhkum edilmiş şəxs Nizami rayonunda saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsində oranın baş inspektoru-rəisin növbətçi köməkçisi ədliyyə mayoru S.Kərimovu (şərti) yumruqla vurub. Belə ki, 30 günlük cərimə təcridxanasına salınmış Asim valideynləri ilə görüş yerinə aparılarkən müəssisənin baş inspektoru ilə digər əməkdaşının onu müşayiət etməsinə etirazını bildirib. Bu zaman o, yumruqla ədliyyə mayoruna zərbə endirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə iş açılıb.
Cinayət işinin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə Asimin bu əmələ görə 5 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Ona daha əvvəl təyin olunmuş 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 12 il 7 ay 16 gün müddəti yeni hökmlə qismən birləşdirilib. Beləliklə, məhkumun qalan cəza müddəti 13 il 6 ay müəyyən edilib.
Qeyd edək ki, A.Nəcəfov 4 il öncə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 ünvanında 1989-cu il təvəllüdlü sinif yoldaşı Şahmar Balayevi qətlə yetirib.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












