Sinif yoldaşını qətlə yetirən 13 yaşlı uşaq ömürlük azadlıqdan məhrum edilib

Çinin Handan şəhər məhkəməsi sinif yoldaşını öldürməkdə təqsirli bilinən 13 yaşlı Can adlı uşağa azadlıqdan ömürlük məhrumetmə cəzası verib.
Avtosfer.az xəbər verir ki, məhkəmə qətl hadisəsində təqsirli bilinən Liyə 12 il azadlıqdan məhrumetmə cəzası verib, Ma isə cinayət cəzasından azad edilərək, xüsusi tərbiyə olunan uşaqlar üçün məktəbə yerləşdirilib.
Cinayət hadisəsi cari ilin martında baş verib. Handan şəhərinin Feysian rayonundan olan Can və Li sinif yoldaşları Van (cinayətin qurbanı) ilə münaqişələri olub. Can digər sinif yoldaşları Li və Ma ilə əlbir olaraq Vanı sahibsiz tərəvəz istixanasına gətirərək qətlə yetirib, sonra basdırıblar. Bundan başqa, onun “Wechat” mobil tətbiqindəki elektron pul kisəsində olan bütün vəsaiti mənimsəyib, telefonunun simkartını məhv ediblər.
Polisin başladığı təhqiqatın gedişində faktlar üzə çıxıb. Məhkəmə Can və Lini qəsdən və xüsusi qəddarlıqla adam öldürməkdə təqsirli bilib. Məhkəmə cinayət qanunvericiliyinə uyğun olaraq onların cinayət məsuliyyətinə cəlb edilmələrinə qərar verib.
Qeyd edək ki, Çin yetkinlik yaşına çatmayanlar, xüsusilə daha aşağı yaşlı uşaqlar tərəfindən törədilən cinayətlərin qarşısını almaq üçün 2021-ci ildə cinayət qanunvericiliyini dəyişərək, cinayət məsuliyyətinə cəlb olunma yaşını 12-yə endirib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












