Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi - 12 min manat...

Bakıda qonaq getdiyi evdən oğruluq edən şəxsə hökm oxunub. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, T.R. sinif yoldaşı olmuş M.X.-nın evinə qonaq gedib. Ev yiyəsinin başının qarışıq olmasından istifadə edərək paltar dolabını açıb və oradan zərərçəkmişə məxsus bir ədəd ümumi dəyəri 3.800 manat təşkil edən brilliant qaşı olan kulonlu qızıl sepi, dəyəri 210 manat təşkil edən nbir cüt qızıl sırğanı və dəyəri 800 manat olan bir ədəd "Tiffany" modelli qızıl sep oğurlayıb.
T.R. bununla kifyətlənməyib. M.X. evdə olmayan zaman hansısa yolla mənzilə daxil olaraq yenidən oğurluq edib. Bu dəfə zərərərçəkmişə məxsus çəkisi 1 475 manat dəyərində bir ədəd qızıl qolbaq, dəyəri 880 manat olan bir ədəd qızıl kulon, dəyəri 1 050 manat olan bir cüt qızıl sırğa, dəyəri 660 manat olan bir ədəd qızıl üzük, dəyəri 1.925 manat olan bir ədəd qızıl sep və dəyəri 1 210 manat olan bir cüt qızıl sırğa oğurlayıb. O, zərərçəkmuşə ümumilikdə 12 010 manat ziyan vurub.
Hüquq-mühafizə orqanlarına edilən müraciət əsasında T.R. şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə ), 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. T.R. verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə prosesi zamanı məlum olub ki, dəymiş zərərin bir hissəsi ödənilib.
Məhkəmənin hökmü ilə T.R. bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət bir günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşıdırılması cəzası saxlanılıb.
Məhkəmə hökm verərkən təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını, zərərin bir hissəsinin ödənildiyini və digər yüngülləşdirici halları nəzərə alıb.
1 aydır itkin düşən qadın İmişlidə tapıldı - FOTO - YENİLƏNİB
Oğuzda irigövdəli ağac magistral yola aşdı, hərəkət dayandı - VİDEO
Məşhur musiqiçinin itkin düşən oğlu ölü tapıldı - FOTOLAR
Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar - VİDEO
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşına höküm oxundu - 5 il 6 ay
Sarayda müəllim şagirdi vurub? – AÇIQLAMA - FOTO
Göygöldə torpaq sürüşüb, avtomobil yolunda çətinliklər yaranıb - VİDEO
Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri ÖLDÜ - FOTO
Azyaşlı uşaq ata-anasını yatılı qoyub səyahətə çıxdı; polisə düşdü - FOTO
Adına yük avtomobili rəsmiləşdirildiyindən ölkəni tərk edə bilmir - VİDEO
Avtomobil xarab oldu, 49 nəfər susuzluqdan öldü










