Siqaret çəkmək adı ilə məhkəmədən qaçdı - Meyiti tualetdə tapıldı

Rusiyanın Sankt-Peterburq şəhərində Ermənistan Konsulluğunun binasında rusiyalı biznesmen və keçmiş məmur Boris Avakyanın cəsədi aşkar edilib. İlkin ehtimallara görə, Avakyan intihar edib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Ura.ru” agentliyi yayıb.
Məlumata görə, iş adamı dünən Peterburqda onunla bağlı keçirilən məhkəmə iclasından qaçıb. Avakyan sentyabrın 23-də barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Kronştadt Rayon Məhkəməsinə aparılıb. O, 4,2 milyard rubl həcmində gömrük ödənişlərindən yayınmaq işi üzrə ittiham olunurdu. Ümumilikdə iş üzrə 21 nəfər təqsirləndirilir.
O, fasilə zamanı siqaret çəkmək üçün çölə çıxmağa icazə istəyib və bundan istifadə edərək qaçıb. Bunun ardınca, məhkəmə onu axtarışa verib.
43 yaşlı Avakyan qaçdıqdan sonra Ermənistanın Peterburqdakı Konsulluğunda gizlənib və ölkəsinə ekstradisiya olunmaq istədiyini bildirib. Bu gün isə konsulluğun sanitar qovşağında Avakyanın cəsədi aşkar edilib. Konsulluq məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib.
Avakyan ilk dəfə 2016-cı ildə Moskvada qaçaqmalçılıqda ittiham edilərək həbs edilib. Bu zaman barəsində ev həbsi qərarı çıxarılan Avakyan Ermənistana qaçıb. O, 2025-ci ilin avqustunda Rusiyanın Müdafiə Nazirliyi ilə müqavilə bağladıqdan sonra barəsindəki iş dayandırılıb. Lakin sentyabrda Avakyan xüsusi hərbi əməliyyat zonasına yollanmaqdan yayındıqda müqavilə ləğv edilib və prokurorluq onun həbsi tələbi ilə vəsatət qaldırıb.
Onu da bildirək ki, o, Ermənistanda da sərhədi qanunsuz keçmək və çirkli pulların yuyulmasında ittiham olunurdu.
Hadisədən sonra Rusiya mediası Boris Avakyanın kimliyi ilə maraqlanıb. Məlum olub ki, o, 2009-cu ildən Sankt-Peterburq ticarət limanının böyük gömrük brokerinin baş direktoru olub. 2010-2014-cu illərdə “Rosimuşestva”nın Leninqrad vilayəti üzrə idarəsinin rəhbərinin müavini olaraq işləyib, 2014-2016-cı illərdə isə Sankt-Peterburqun torpaqların istifadəsi və mühafizəsi üzrə baş dövlət müfəttişinin müavini olub.
Ermənistan mediasının məlumatına görə isə, Avakyan Ermənistanda bir sıra dövlət vəzifələrində işləyib. Eyni zamanda, qeyd olunub ki, o, qondarma “Dağlıq Qarabağ” separatçılarının “rəhbərinin” xüsusi tapşırıqlar üzrə “nümayəndəsi”, eləcə də separatçıların “Daxili İşlər Nazirliyi”nin “Fövqəladə hallar üzrə Dövlət Xidmətinin” “direktorunun müavini” olub.
Avakyan 2018-ci ildə Ermənistanda siyasi karyerasını davam etdirmək üçün Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət edib.
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO
Bir marketdən oğurlayıb başqasına satdı - Polis saxladı








