Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı

Masallı rayonunda 25 yaşlı oğlan siqaretə görə anasını bıçaqlayıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Köhnə Alvadı kəndində baş verib. Kənd sakini - 2001-ci il təvəllüdlü Raqif Ağayev (soyad şərtidir - red.) heç bir yerdə işləmədiyindən anasından gündəlik pul alırmış. Bir müddət öncə o, növbəti dəfə pul istəyəndə anası pulunun olmadığını deyib. Raqif anasından ona siqaret almasını istəyib. Qadın oğluna tütün istifadə etdiyinə görə irad tutub və siqaret almayıb. Bundan əsəbiləşən Raqif mətbəxdən götürdüyü bıçaqla anasına 7 zərbə endirib.
Qadın xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Raqif saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı ana övladının psixi sarsıntı keçirdiyini bildirib və onu bağışlayıb.
Məhkəmənin hökmü ilə Raqif 3 il azadlıqdan məhrum edilib. Hakim tərəflərin barışdığını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəza şərti hesab edilib. R.Ağayev məhkəmə zalında azadlığa buraxılıb.\\oxu.az
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO












