Siqnal səsini eşidən piyada dayanmaq əvəzinə yola qaçdı - VİDEO

Hadisə 14 Fevral 2024 19:57 Oxunub 1380
Siqnal səsini eşidən piyada dayanmaq əvəzinə  yola qaçdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıtda qayda pozan piyadalar kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 23-ü günorta saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, piyadalar avtomobillərin intensiv hərəkətdə olduğu yoldan qaçaraq keçiblər. Belə ki, onlar keçiddən istifadə etməyərək həm öz həyatlarını, həm də sürücüləri təhlükə qarşısında qoyublar. Hətta qadın piyada yolu müşahidə etmədən sürücüyə qəza riski də yaradıb. O, yola baxmadan hərəkət edib. Sürücü siqnal verərək xanıma xəbərdarlıq edib. Lakin piyada dayanmaq əvəzinə avtomobilin önünə qaçaraq yolunu tamamlayıb. Həmçinin əks olunan görüntüdə qayda pozan digər bir piyada səkiylə maşın yolunu səhv salıb. Təhlükə saçan şəxs yolun ortasıyla hərəkət edərək sürücülərə çətinlik yaradıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh