Sirkə içən “Dr. Gülü”nün vəziyyəti necədir? - AÇIQLAMA

Bakıda özünü “Dr. Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, yayılan məlumata görə, o, sirkə turşusu qəbul edərək özünü zəhərləyib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır.
Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzə sorğu ünvanladıq. KTM-in mətbuat katibi Ruzbeh Məmməd müraciətimizə cavab olaraq bildirdi ki, ötən gün saat 21:00 radələrində 1991-ci il təvəllüdlü qadın halsızlıq və ürək bulanması şikayətləri ilə Mərkəzə hospitalizasiya olunub:
“Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, bir müddət əvvəl Gülbadə Abdullayevanın “Uğur-777” klinikasında etdiyi əməliyyat zamanı görüntüləri müzakirələrə səbəb olub. Onun tibbi fəaliyyət üçün tələb olunan lisenziya və diplom olmadan fəaliyyət göstərdiyi iddiaları edilib. Səhiyyə Nazirliyindən Gülbadə Abdullayeva ilə bağlı araşdırmadan sonra bildirilmişdi ki, həmin xanımın adı nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












