Şirkət iflas etdi, milyonlarla dollarlıq təyyarələr səhrada qaldı - VİDEO

ABŞ-nin aşağıbüdcəli aviaşirkəti “Spirit Airlines” fəaliyyətini tam dayandırdıqdan sonra şirkətə məxsus onlarla təyyarə Arizona ştatındakı səhra hava limanlarında saxlanılır.
Avtosfer.az xəbər verir ki, şirkətin parlaq sarı rəngli “Airbus A320” və “Airbus A321” təyyarələri quru iqlimə malik “Goodyear” və “Marana” hava limanlarına köçürülüb.
Bildirilir ki, səhra şəraiti rütubətin az olması səbəbindən təyyarələrin paslanmasının qarşısını alır və uzunmüddətli saxlanma üçün əlverişlidir.
Təyyarələrin daşınmasını həyata keçirən “Nomadic Aviation Group”un rəhbəri Bob Allen bildirib ki, bu prosesə hazırda işsiz qalan keçmiş “Spirit” pilotları da cəlb olunub. Bu ay ərzində müxtəlif şəhərlərdən Arizonaya onlarla təyyarə köçürülüb.
Məlumata görə, hər bir təyyarənin mühərrikinin dəyəri 15-20 milyon dollar arasında dəyişir. Şirkətin planına əsasən, təyyarələr yenidən rənglənərək, digər aviaşirkətlərə satılacaq və ya icarəyə veriləcək.
“Spirit Airlines” iflas proseduru çərçivəsində ümumi dəyəri təxminən 630 milyon dollar olan 27 təyyarənin satışına məhkəmədən icazə istəyib. Satışdan əldə olunacaq vəsaitin borcların ödənilməsinə yönəldilməsi nəzərdə tutulur.
Qeyd edək ki, şirkət pandemiyadan sonra artan əməliyyat xərcləri, yüksək borc yükü və uğursuz birləşmə cəhdləri səbəbindən ciddi maliyyə böhranı ilə üzləşmişdi. Son olaraq yanacaq qiymətlərinin yüksəlməsi vəziyyəti daha da ağırlaşdırıb və kreditorlarla razılıq əldə olunmadığından aviaşirkət fəaliyyətini tam dayandırıb. “Spirit Airlines”in bağlanması nəticəsində təxminən 17 min əməkdaş işini itirib.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












