Şirkət rəhbəri təbiətə yarım milyonluq ziyan vurubmuş

“İnvest.M Construction” MMC-nin direktoru Musayev Cavid İntiqam oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ibtidai istintaqla Cavid Musayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində rəhbərlik etdiyi müəssisənin istifadəsində olan ərazidə inşaat işlərinin aparılması zamanı meşə fonduna daxil olmayan ağac və kolların təkrarən qanunsuz olaraq kəsilməsinə nail olmaqla təbiətə ümumilikdə 413 min manatdan artıq məbləğdə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Cavid Musayevə Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə təkrarən külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə yekun ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
İbtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib.
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO












